Gəncə şəhərində baş verən zəncirvari avtomobil qəzasında üç nəfər xəsarət alıb.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
"Opel" ilə "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Opel" idarəetmədən çıxaraq yol kənarında dayanan digər "Chevrolet"ə dayanacağa çırpılıb. Nəticədə ikisi sərnişin, biri isə piyada olmaqla, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər