Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "AzPolitika"ya yerli bürosuna verilən məlumata görə, oktyabrın 13-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar sabah saat 10:00-dan 12:00-dək Naxçıvan şəhəri 56, 59, 60 və 61-ci məhəlləri, Şəhriyar, Səməd Vurğun və Həsən Rəhmanov küçələri, Hərbi Şəhərcik-1, Universitet şəhərciyi, Uşaq Xəstəxanası və Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi dayandırılacaq.


Şərhlər