Menu

Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto

12.10.2026, 17:22
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto

Ucarda sərnişin avtobusu yanıb.

"AzPolitika" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "İkarus" markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol