Menu

Vüsal Nəsirliyə yeni vəzifə verildi

12.10.2026, 20:15
Vüsal Nəsirliyə yeni vəzifə verildi

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.

"AzPolitika" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, federasiyanın prezidenti vəzifəsinə AAYDA-nın sədri Vüsal Nəsirli, vitse-prezident vəzifələrinə isə agentliyin sədr müavini Tural Mailov və Əməkdar məşqçi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.

Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan vermək və ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməkdir.

Bu məqsədlə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol