Rusiyaya qaçmağa cəhd göstərən azərbaycanlı həbs edilib.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə Qusar rayonunda baş verib.
Qusar rayon sakini, 1967-ci il təvəllüdlü Adil Qurbanov (ad və soyadı şərtidir - red.) işləmək məqsədilə Rusiyaya getmək istəsə də, quru sərhədlər bağlı olduğundan onun bu cəhdi alınmayıb. O, geri qayıdaraq qanunsuz yolla sərhədi keçməyə cəhd edib. Adil bunun üçün Samur çayını üzüb keçmək qərarına gəlib. Bu məqsədlə o, Qusar rayonunun Həzrə kəndi ərazisindən özünü Samur çayına ataraq, çayı üzüb keçib. Çayın sahilində dövlət sərhədini Dağıstan Respublikası istiqamətində keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, A.Qurbanov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə A.Qurbanov 6 ay azadlıqdan məhrum edilib.


Şərhlər