Menu

Milli Məclis iki saziş və bir müqaviləni ratifikasiya etdi

13.10.2026, 12:25
Milli Məclis iki saziş və bir müqaviləni ratifikasiya etdi

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında iki saziş və bir müqaviləni ratifikasiya edib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihələri parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Belə ki, "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiqi haqqında qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol