Menu

Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?

13.10.2026, 18:53
Moskva ilə İrəvan arasında QIRILMA: Əsas mübarizə nəyə görədir?

Belarusda KTMT-nin “Sarsılmaz qardaşlıq-2026” və “Maneə-2026” hərbi təlimləri başlayıb. Təlimlərdə beş ölkədən 1500-dən çox hərbçi, 300-dən çox silah, hərbi və xüsusi texnika, eləcə də 80-ə yaxın dron iştirak edir. Təlimlərə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentləri qatılıb, Ermənistan isə iştirak etmir.

Bəs, İrəvanın KTMT təlimlərindən imtina etməsi nədən xəbər verir? Ermənistanın bu addımı Rusiya ilə onsuz da gərgin olan münasibətlərində nə ilə nəticələnə bilər?

Mövzu barədə "AzPolitika"ya açıqlama verən politoloq Taleh Əliyevin sözlərinə görə, Ermənistan dövləti ilk dəfə deyil ki, KTMT-nin fəaliyyətini boykot edir:

"Bir neçə ildir ki, Ermənistan nəinki KTMT bayrağı altında keçirilən təlimlərə, heç onun rəsmi toplantılarına da qartılmır. Bundan başqa rəsmi İrəvan təşkilatın maliyyələşməsindən də imtina edib. Həmçinin bu qurumun xətti ilə keçirilən təlimlərə qoşulmur. Bu baxımdan Belarus ərazisində 5 ölkənin iştirakı ilə keçirilən təlimlərə İrəvanın qatılmamasının Rusiya-Ermənistan münasibətlərində gərginliyin yeni mərhələsinə gətirib çıxaracağını düşünmək doğru deyil. Çünki bu, mövcud olmayan münasibətləri bir daha təsdiqləyən fakt kimi diqqət çəkir. Tərəflər arasında münasibətlər kifayət qədər korlanmış vəziyyətdədir. 

Bu gün Ermənistan və Rusiya arasında əslində bütün sahələrdə ikitərəfli münasibətlərə yenidən baxılması prosesi gedir. Moskva və İrəvan arasında yeni gərginlik olsa, bu, təlimlərdə iştirak etməmək səbəbindən baş verməyəcək. Çünki tərəflərin gərgin olması üçün kifayət qədər başqa səbəblər var. 

Söhbət Ermənistandakı strateji obyektlərin Rusiya tərəfindən özəlləşdirilməsinə yenidən baxılmasından gedir. Rəsmi İrəvan ölkədəki dəmiryol şəbəkəsi və digər strateji obyektlərin öz nəzarəti altına alınması məsələsini gündəmə gətirir. Bu da Rusiyanı daha çox narahat edir. Yəni gərginlik və münasibətlərdə qırılma nöqtesi bu səbəbdən yarana bilər".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol