Menu

“Xalaqızı” ləqəbli snayper VƏFAT ETDİ

14.10.2026, 10:55
“Xalaqızı” ləqəbli snayper VƏFAT ETDİ

“Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti” İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsinin veteranı Növrəstə Yusifova vəfat edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.

Veteran döyüşçü 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Maliyyə Kredit Texnikumunu bitirib. Mühasib və qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub.

1991-ci ilin dekabr ayından könüllü olaraq cəhbəyə yollanmaq üçün müraciət etsə də, imtina cavabı alıb. 17 mart 1992-ci ildə ilk xanım snayperçi olaraq qeydiyyata götürülüb. 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper olub. Döyüşçü yoldaşları ona “Xalaqızı” ləqəbi veriblərmiş.

1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirdi. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol