Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb.
Nəticədə sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova hadisə yerində ölüb, oğlu, 2016-cı il təvəllüdlü Əli Şükür oğlu Ələkbərov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Şərhlər