Menu

Ukraynaya kəşfiyyat məlumatları ötürülür? - Trampdan AÇIQLAMA

14.10.2026, 12:14
Ukraynaya kəşfiyyat məlumatları ötürülür? - Trampdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Ukrayna ilə hələ də kəşfiyyat məlumatları paylaşmağa davam etdiyini rəsmən təsdiqləyib. Ağ Ev rəhbəri bildirib ki, Vaşinqton həm Kiyev, həm də Moskva ilə təmasları davam etdirərək müharibənin dayandırılması istiqamətində səylərini əsirgəmir.

Tramp qeyd edib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin bitməsini istəyirlər, lakin hələ də "buna necə nail olmağın yollarını bilmirlər". O, liderlər arasında güclü düşmənçilik hissinin qaldığını vurğulayıb.

Kəşfiyyat mübadiləsi davam edir: Son günlər Kiyevə edilən raket hücumları zamanı xəbərdarlıq siqnallarının gecikməsi və tərəfdaşlardan adi operativ xəbərdarlıqların gəlməməsi ilə bağlı müzakirələr fonunda Trampın bu bəyanatı ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığının qüvvədə qaldığını göstərir.

Daha əvvəl Ukrayna XİN başçısı Andrey Sibiqa məlumat axınının davam etdiyini, gecikmələrin isə Rusiyanın tətbiq etdiyi spesifik silah növləri ilə bağlı olduğunu açıqlamışdı.Sentyabr ayında Rusiya lideri ilə danışıqlardan sonra ABŞ Maliyyə Nazirliyinin Rusiya dizel yanacağının tədarükünə icazə verən ümumi lisenziya verməsi hər iki partiyadan olan amerikalı qanunvericilərin sərt tənqidinə tuş gəlmişdi. 

Senatorlar bunun sanksiyaları poza biləcəyindən narahatdırlar. Tramp isə bu addımın qlobal bazarda və ABŞ daxilində qiymətləri tənzimləmək məqsədi daşıdığını və məhsulun birbaşa Amerika bazarına deyil, dünya bazarına yönəldiyini bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol