Menu

“Bu hücumda Azərbaycan vətəndaşları da xəsarət alıblar” - Ukrayna XİN açıqladı

14.10.2026, 14:10
“Bu hücumda Azərbaycan vətəndaşları da xəsarət alıblar” - Ukrayna XİN açıqladı

Rusiyanın Bolqarıstan ərazi suları yaxınlığında ticarət gəmilərinə son hücumu nəticəsində Ukrayna və Azərbaycan vətəndaşları xəsarət alıblar. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sybiqa açıqlama verib.

Onun sözlərinə görə, dünən baş verən bu hücum bir daha Moskvanın Qara dənizdə mülki insanların həyatına və dəniz təhlükəsizliyinə etinasızlığını nümayiş etdirir.

"Biz tərəfdaşlarımızı Rusiyaya təzyiqi artırmağa, sanksiyaları sərtləşdirməyə, onu məsuliyyətə cəlb etmək və naviqasiya azadlığını qorumaq üçün qətiyyətli tədbirlər görməyə çağırırıq. Qara dəniz qlobal ərzaq təhlükəsizliyi üçün vacib bir vasitədir. Rusiya dünyanı girov saxlamaq üçün ona hücum edir. Buna qətiyyətlə qarşı çıxmaq lazımdır", - Sibiqa qeyd edib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol