Menu

Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü

14.10.2026, 16:01
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü

Bu gün saat 02 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsində ağır yol qəzası baş verib.

“AzPolitika” xəbər verir ki, Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Əsgər Zərbəliyev idarə etdiyi “Volkswagen” markalı 77 XS 274 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildəki sərnişinlər: paytaxt sakini 1992-ci il təvəllüdlü Kamran Əliyev, Qax rayon sakini 1980-ci il təvəllüdlü Təbriz Əliyev hadisə yerində ölüb.

Sürücü ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol