Menu

Zaur Rzayevin vəziyyəti ağırdır

14.10.2026, 20:25
Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin səhhəti yenidən pisləşib.

"AzPolitika"  Axşam.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”.

Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol