Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib.
"AzPolitika" "Haber Global"a istinadən xəbər verir ki, Prezident Kompleksində keçirilən iclasda şuranın üzvləri, Türkiyə parlamentinin keçmiş sədrləri Köksal Toptan, Binali Yıldırım, Cemil Çiçek, İsmail Kahraman, İsmet Yılmaz, Mehmet Ali Şahin və Mustafa Şentop iştirak ediblər.
İclasda həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin katibi Hasan Doğan və Prezident Administrasiyasının baş katibi Hakkı Susmaz iştirak ediblər.


Şərhlər