Menu

Tramp Kanadaya qarşı ərazi iddiaları irəli sürdü

15.10.2026, 10:22
Tramp Kanadaya qarşı ərazi iddiaları irəli sürdü

ABŞ Prezidenti Donald Tramp Kanadanın gələcəkdə Birləşmiş Ştatların 51-ci ştatı olacağına əminliyini ifadə edib.

ABŞ KİV-nin məlumatına görə, bu barədə o noyabrın 3-nə təyin edilmiş ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Arizonada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Onlar sonda 51-ci ştat olacaqlar, çünki başqa cür ola bilməz”, – deyə ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, Kanada ABŞ-dən əhəmiyyətli dərəcədə daha çox asılıdır, nəinki ABŞ özünün şimal qonşusundan. O, həmçinin iddia edib ki, Vaşinqton əvvəllər Kanada ilə ticarət-iqtisadi əlaqələr səbəbindən hər il 100 milyard dollaradək vəsait itirirdi.

“Onlar bizə lazım deyil. Biz onlara lazımıq”, – deyə ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, Kanada dünyanın ikinci, ABŞ isə dördüncü ən böyük ölkəsidir. /Trend 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol