Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində daha bir addımdır.
"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışından sonra deyib.
Dövlət başçısı xatırladıb ki, ötən ilin noyabrında Azərbaycan Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edildi və artıq bu il o, yaxın vaxtlarda birliyin tamhüquqlu üzvü kimi iştirak edib.
"Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik", - İlham Əliyev deyib.


Şərhlər