Menu

Azərbaycanla Latviya arasında əməkdaşlıq müzakirə olunub

15.10.2026, 19:07
Azərbaycanla Latviya arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Latviya arasında müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Latviya Müdafiə Nazirliyində logistika üzrə dövlət katibinin müavini general-mayor Andis Dilansla (Andis Dilāns) görüşdə onun bu yaxınlarda Bakıda "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirakı barədə fikir mübadiləsi aparılıb:

"İkitərəfli tərəfdaşlığımızı daha da gücləndirmək imkanlarını araşdırdıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol