Menu

İran Oman körfəzində tankeri vurdu

15.10.2026, 22:21
İran Oman körfəzində tankeri vurdu

İran Oman körfəzində neft tankerində yanğın baş verdiyini açıqlayıb

"AzPolitika"-nın məlumatına görə, İranın “Mehr” agentliyi Hərbi Dəniz Qüvvələrinə istinadən Oman körfəzində neft tankerində yanğın baş verdiyini bildirib.

Məlumata əsasən, tanker Hörmüz boğazının şərqində, Oman körfəzində yerləşən məhdud ərazidən keçərkən izləmə sistemlərini söndürməyə cəhd edib. Bundan sonra gəmidə yanğın başlayıb.

İranın hərbi qurumları hadisə ilə bağlı ətraflı məlumat verməyib. Tankerin adı, hansı ölkəyə məxsus olduğu, yanğının dəqiq səbəbi və hadisənin nəticələri hələlik açıqlanmayıb. Xəsarət alanlar və ya ölənlər barədə də hər hansı məlumat yoxdur.

İran ordusu, həmçinin Hörmüz boğazının İran silahlı qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altında olduğunu bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol