Menu

Gələn il xarici dövlət borcunun ödənilməsinə nə qədər xərclənəcək? - AÇIQLANDI

16.10.2026, 00:34
Gələn il xarici dövlət borcunun ödənilməsinə nə qədər xərclənəcək? - AÇIQLANDI

2027-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı proqnozlaşdırılan 2 milyard 200 milyon manat xərcin 1 milyard 427,5 milyon manatını xarici dövlət borcu üzrə xərclər təşkil edəcək.

"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, bunun 1 milyard 63,5 milyon manatı əsas borc ödənişləri, 364 milyon manatı faiz xərcləri olacaq.

Gələn il büdcədə daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas, 635,3 milyon manat məbləğində isə faiz xərcləri proqnozlaşdırılır. Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərclərinin cəmi 2027-ci il üçün 993 milyon manat məbləğində nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol