Menu

108,6 milyard manat... - 4 ildə gözlənilən investisiya qoyuluşu

16.10.2026, 00:38
108,6 milyard manat... - 4 ildə gözlənilən investisiya qoyuluşu

2027-2030-cu illərdə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya qoyulacağı gözlənilir.

Bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.

Sənədə əsasən, ölkədə əsas kapitala investisiya qoyuluşu 2027-ci ildə 25,4 milyard manat, 2028-ci ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu ildə isə 28,4 milyard manat təşkil edəcək.

4 illik investisiya qoyuluşunun 76,6 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşməlidir. O cümlədən, sektora 2027-ci ildə 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat, 2029-cu ildə 19,7 milyard manat, 2030-cu ildə isə 20,9 milyard manat investisiya qoyulması proqnozlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol