Menu

ABŞ-dən Zelenskiyə gözlənilməz təklif - Kiyev razıdır, amma

16.10.2026, 15:06
ABŞ-dən Zelenskiyə gözlənilməz təklif - Kiyev razıdır, amma

ABŞ və Ukrayna rəhbərliyi arasında Rusiya neft emalı zavodlarına zərbələrlə bağlı fikir ayrılığı davam edir. 

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal” öz mənbələrinə istinadla ABŞ-nin Volodimir Zelenskiyə buna dair gözlənilməz təklif etdiyini yazıb.

Məlumata görə, ABŞ-nin Respublikaçı senatorları Volodimir Zelenskiyə bir razılaşma təklif ediblər: Rusiyanın neft emalı zavodlarına hücumlara 100 günlük moratorium müqabilində “Starlink” peyk sisteminin əhatə dairəsinin Rusiya ərazisinə 300 kilometr genişləndirilməsi. Bu barədə təklif senatorlar Rocer Viker və Kevin Kramer tərəfindən 9 oktyabrda ikipartiyalı Konqres nümayəndə heyətinin Kiyevə səfəri zamanı irəli sürülüb. Məlumata görə, Ukrayna Prezidenti bu təşəbbüsü müsbət qarşılayıb və danışıqlara hazır olduğunu bildirib.

Rusiyanın sərhəd bölgələrində “Starlink”ə çıxış Ukrayna Silahlı Qüvvələrinə Rusiya raket mövqelərini və buraxılış qurğularını hədəf almaq üçün peyk rabitəsindən istifadə etməyə imkan verə bilər. Zelenski əvvəllər “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər müqabilində neft emalı zavodlarına zərbələrin dayandırılmasına razı olduğunu bildirmişdi. Lakin buraxılış qurğularının özlərinin yerində məhv edilməsi strateji cəhətdən daha effektiv hesab olunur. WSJ vurğulayır ki, bu razılaşma dalana dirənmiş danışıqların bərpası üçün təməl qoya bilər.

Ancaq hazırda görünən odur ki, tərəflər arasında hər hansı bir anlaşma yoxdur və ABŞ Prezidenti hətta açıq şəkildə Zelenskini istefaya çağırır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol