ABŞ prezidenti Donald Tramp sentyabr ayında imzaladığı qanuna əsasən, Rusiyanın enerji təchizatına qarşı genişmiqyaslı sanksiyaları ləğv edib.
"Bloomberg"in məlumatına görə, bu məhdudiyyətlər onun ABŞ-da aralıq seçkilərdən əvvəl dizel yanacağının qiymətlərini aşağı salmaq səylərinə mane yaradır. Tramp mərhum senator Lindsi Qremin təklif etdiyi qanunda güzəşt bəndini tətbiq edib.
Nəşr yazır ki, bu qanun Rusiyanı Ukraynaya qarşı müharibəsinə görə cəzalandırmaq üçün bir vasitə kimi hazırlanıb.
Tramp qeyd edib ki, Qrem Aktında nəzərdə tutulan sanksiyaların, məhdudiyyətlərin və tariflərin tətbiqindən imtina edir.
"Konqresə rəsmi olaraq bildirmişəm ki, bu cür imtina hazırda ABŞ-nin milli maraqlarına uyğundur" - Tramp deyib.
AzPolitika.info


Şərhlər