Menu

Moskva hava limanlarında 100-dən çox reys gecikib

17.10.2026, 19:27
Moskva hava limanlarında 100-dən çox reys gecikib

Moskva aviasiya qovşağının hava limanlarında uçuş və eniş üzrə ümumilikdə 103 reys gecikib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bakı vaxtı ilə saat 16:30-a olan vəziyyətə əsasən, gecikmələr ümumilikdə 103 reysi əhatə edib.

Nazirlikdən bildirilib ki, bütün hava limanları müvafiq qurumlarla razılaşdırılmaqla təyyarələri qəbul etməyə və yola salmağa davam edir. Qurum vurğulayıb ki, əsas prioritet uçuşların təhlükəsizliyinin təmin edilməsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol