Menu

Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək

18.10.2026, 11:09
Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək

Qırğızıstan parlamentində oktyabrın 19-20-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclası və Assambleya Şurasının iclası keçiriləcək.

TÜRKPA-dan verilən məlumata görə, plenar iclas "Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlamentlərarası əməkdaşlıq" mövzusuna həsr olunacaq.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kiprin parlament sədrlərinin rəhbərlik etdiyi üzv və müşahidəçi ölkələrin parlament nümayəndə heyətlərinin, eləcə də beynəlxalq təşkilatların, türk əməkdaşlıq qurumlarının və digər tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd olunub ki, 15-ci plenar iclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun 5-ci iclası və Gənc Parlamentarilər Qrupunun 5-ci iclası da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol