Misir təhlükəsizlik və sabitliyinin qorunması üçün Səudiyyə Ərəbistanına "bütün lazımi və mümkün" yardımı göstərəcək.
"Report" xəbər verir ki, bu barədə bazar günü Misir liderinin administrasiyasından bildirilib.
Qərar Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sədrliyi ilə keçirilən Milli Müdafiə Şurasının iclasının yekunlarına əsasən qəbul edilib.
Qeyd olunub ki, Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının milli təhlükəsizliyinin Misirin və ərəb ölkələrinin milli təhlükəsizliyi ilə qarşılıqlı əlaqəsini təsdiqləyib.
Şura üzvləri həmçinin regionda gərginliyin azaldılmasına kömək etmək üçün diplomatik səyləri fəallaşdırmaq barədə razılığa gəliblər.
Daha əvvəl Sisi bildirib ki, Ər-Riyaddan müraciət daxil olsa, Misir Səudiyyə Ərəbistanının qorunması üçün lazımi addımlar atmağa hazırdır.


Şərhlər