Menu

Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub - FOTO

18.10.2026, 18:40
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub - FOTO

Gənclər və İdman Nazirliyi Azərbaycan Atletika Federasiyası (AAF) ilə birgə kros qaçışı üzrə payız ölkə çempionatı keçirib.

"Report"un məlumatına görə, Bakı Dövlət Cıdır Meydanında təşkil olunan yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Xızı, Xaçmaz, Astara, Bərdə, Gədəbəy və Şəmkirdən olan 80-dən artıq atlet mübarizə aparıb.

Açılış mərasimində çıxış edən AAF-nin baş katibi Məhərrəm Sultanzadə yarışın əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli növbəti dəfə ölkə çempionu adını qazanıb.

6 km məsafədə Gəncə təmsilçisi Sərxan Talıbov, 3 və 2 km məsafələrdə isə müvafiq olaraq Gəncə və Xaçmaz təmsilçiləri Rinad İbrahimov və Raul Həsənov qalib olublar.

Qadınlar arasında 6 km məsafəyə qaçışda Qənirə Həsənova bütün rəqiblərini geridə qoyaraq Azərbaycan çempionu olub.

4 km məsafədə Elina Yusupova, 2 km məsafədə Şəmkir təmsilçisi Türkan Abbasova, 1 km məsafədə isə Xızı idmançısı Aişə Vəlili fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol