Menu

Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib

19.10.2026, 00:11
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib

"Almaniya üçün Alternativ" (AfD) Partiyasının 66 yaşlı üzvü Andreas Blum sənədini doldurarkən səhv etdiyinə görə Aşağı Saksoniyadakı Kloppenburq şəhər şurasındakı vəzifəsindən imtina edib.

"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti yazıb.

A.Blum rəsmi blankı səhv doldurub, deputat mandatından imtina bəndinin yanındakı bəndi işarələyib və sonra sənədi poçtla bələdiyyə seçki direktoruna göndərib.

Kloppenburq administrasiyası "Nordwest-Zeitung" qəzetinə siyasətçinin müəyyən olunmuş müddət ərzində təqdim etdiyi yazılı bəyanatda mandatından imtinasını təsdiqləyib. Qərarı geri qaytarıla bilməz. A.Blum formanı doldurub təqdim etməsəydi, onun seçilməsi etibarlı hesab ediləcəkdi.

O, seçkilərdə 540 səs toplayaraq, birbaşa şəhər şurasına seçilib. Siyasətçinin sözlərinə görə, yeni şurada işə başlayacağını gözləyirdi.

"Mən şəhər şurasına daxil olmağı çox istəyirdim. Çərşənbə axşamına qədər növbəti şəhər şurasında olmayacağım mənə aydın deyildi. Bunu biləndə özümü çox pis hiss etdim. Mən çox əsəbiləşmişəm" - o, səhvini izah edə bilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol