Menu

Tramp Zelenskini müharibəni bitirmək istəməməkdə ittiham edib

19.10.2026, 09:17
Tramp Zelenskini müharibəni bitirmək istəməməkdə ittiham edib

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin müharibəni başa çatdırmaq istəmədiyini, hətta bəlkə də əvvəldən buna maraq göstərmədiyini iddia edib.

O, bu barədə özünün “Truth Social” hesabında məlumat verib.

Trampın sözlərinə görə, Zelenski iki il əvvəl indikindən daha əlverişli razılaşma əldə edə bilərdi. ABŞ Prezidenti Ukraynanın böyük ərazilərini itirdiyini, ölkənin dağıntılar içində olduğunu, həmçinin çoxsaylı hərbçilərin həlak olduğunu və ya yaralandığını bildirib.

Tramp bir daha Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını tənqid edib. Onun iddiasına görə, bu zərbələr ABŞ da daxil olmaqla, dünya dizel yanacağı bazarına ciddi ziyan vurur, fermerlərə və müxtəlif müəssisələrə mənfi təsir göstərir.

ABŞ Prezidenti, həmçinin Rusiyaya qarşı yeni sanksiyaları hələlik imzalamaq istəmədiyini açıqlayıb. O, belə bir addımın Moskvanı sülh danışıqlarından uzaqlaşdıra biləcəyini bildirib.

Tramp girovlarla bağlı danışıqlar da daxil olmaqla, sülh prosesində əhəmiyyətli irəliləyiş əldə edildiyini iddia edib və sanksiyalarla bağlı sənədi daha sonra imzalaya biləcəyini qeyd edib. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol