Menu

UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar

19.10.2026, 15:40
UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar

UNEC komandası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə “Openwave” Açıq İnnovasiya proqramı çərçivəsində keçirilən “TransportTech” hakatonunun qalibi olub.

Hakaton çərçivəsində iştirakçılar AYNA tərəfindən təqdim olunan məlumatlar əsasında nəqliyyat sektorundakı problemlərə innovativ həllər hazırlayıblar, prototiplərini formalaşdıraraq münsiflər heyətinə təqdim ediblər.

UNEC komandasının hazırladığı prototip münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək I yerə layiq görülüb.

Komandanın üzvləri Rəqəmsal İqtisadiyyat fakültəsinin “Kompüter mühəndisliyi” iztisasının tələbələri İlkin İsmayılov, Məhəmməd Nəzərli, Aydın Əliyev və SABAH qrupunun “Menecment ixtisası üzrə tələbəsi Atabəy Əsgərovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol