Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradıldığı tarixdən ötən ilin sonuna qədər ümumilikdə 217,3 milyard ABŞ dolları büdcə gəlirləri əldə edib.
" AzPolitika" Fonda istinadən xəbər verir ki, bunun 198,4 milyard ABŞ dolları neft-qaz sazişlərindən, 18,9 milyard dolları isə investisiya fəaliyyətindən əldə olunub.
Bu illər ərzində Neft Fondunun investisiyalarının gəlirliliyi orta hesabla 2,8 %, 2025-ci ildə isə 6,2 % təşkil edib.
ARDNF-in gəlirlərinin 10,1 milyard ABŞ dolları ötən ilin payına düşüb. O cümlədən, Fond il ərzində neft-qaz sazişlərindən 6 milyard ABŞ dolları, investisiya fəaliyyətindən isə 4,1 milyard ABŞ dolları gəlir əldə edib.
Bu illər ərzində ARDNF-in büdcə xərcləri isə 153,5 milyard ABŞ dolları təşkil edib. Bunun 141,1 milyard ABŞ dolları dövlət büdcəsinə transfertlər, 11,9 milyard ABŞ dolları layihələrin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitlər, 0,5 milyard ABŞ dolları isə Fondun əməliyyat xərcləri olub.
ARDNF-in xərclərinin 8,6 milyard ABŞ dolları ötən ilin payına düşüb. O cümlədən, Fond il ərzində büdcəyə 8,5 milyard ABŞ dolları vəsait transfert edib, layihələrə 62,1 milyon ABŞ dolları, əməliyyatlara isə 23,9 milyon ABŞ dolları yönəldib.


Şərhlər