Menu

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19.10.2026, 21:42
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası oktyabrın 21-də TRIPP (Tramp Marşrutu) layihəsi üzrə ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası layihəsini müzakirə edəcək.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Komissiyada müzakirə edildikdən sonra sənədə parlamentin oktyabrın 27-də keçiriləcək plenar iclasda baxılacaq.

Parlament komissiyasında layihə üzrə əsas məruzəçi qismində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol