Menu

Roma Papası Zelenski ilə müzakirələr aparıb

19.10.2026, 23:15
Roma Papası Zelenski ilə müzakirələr aparıb

Roma Papası XIV Lev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından bir neçə gün sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayıb.

“Yevropeyskaya Pravda" xəbər verir ki, baş tutan telefon danışığında Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş Oleşki şəhərindəki humanitar vəziyyət müzakirə edilib.

Bildirilib ki, Roma Papası Putinlə əvvəlki söhbətində irəli sürdüyü humanitar atəşkəs çağırışını Zelenskinin də diqqətinə çatdırıb.

XIV Lev tərəflər arasında əməkdaşlığın mülki əhaliyə ərzaq və tibbi yardımın çatdırılmasına, eləcə də sakinlərin könüllü və təhlükəsiz təxliyəsinə imkan yaradacağına ümid etdiyini bildirib.

Müqəddəs Taxt-Tacın açıqlamasına görə, Roma Papası telefon danışığının sonunda Vatikanın dialoqun və sülhün təşviqinə sadiq qaldığını bir daha təsdiqləyib. /apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol