Menu

Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib

20.10.2026, 09:57
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib

Azərbaycanda 20 oktyabr-20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.

Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.

Ombudsman Səbinə Əliyeva aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş "Uşaq Hüquqları Aylığı" ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.

Səbinə Əliyeva bildirib ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacağını düşünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol