Menu

Azərbaycanəsilli reper "Navai" Qazaxıstandan çıxarıldı

20.10.2026, 13:41
Azərbaycanəsilli reper "Navai" Qazaxıstandan çıxarıldı

Azərbaycanəsilli rusiyalı reper "Navai" ləqəbi ilə tanınan Navai Bəkirovla bağlı cinayət işinə Qazaxıstanda xitam verilib, sənətçi ölkədən çıxarılıb.

"AzPolitika" "Report"a istinadən xəbər verir ki, bu barədə Jambıl vilayətinin Polis Departamentinin mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, Bəkirov oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana daxil olarkən "Korday" sərhəd məntəqəsində saxlanılıb. Polisin məlumatına görə, sənətçinin olduğu avtomobilin yoxlanılması zamanı narkotik maddə aşkar edilib.

"Rusiyalı rep ifaçısı ilə bağlı cinayət işinə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, onun ilk dəfə hüquq pozuntusu törətməsi və fəal peşmanlığı nəzərə alınaraq, bəraət verməyən əsaslarla xitam verilib. Qəbul edilmiş prosessual qərar nəzarət orqanı tərəfindən təsdiq edilib. Əcnəbi vətəndaş ölkə hüdudlarından kənara çıxarılıb", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol