Menu

Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub - FOTO

20.10.2026, 20:43
Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub - FOTO

Fransada xanım səfirlər üçün nahar təşkil olunub. Tədbirdə ölkənin birinci xanımı Bricit Makronla yanaşı, Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, L.Abdullayeva bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı. Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - o yazıb.

Azərbaycanın Fransadakı səfiri görüşün təşkilinə görə təşəkkürünü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol