“ABŞ artıq il yarımdır Ukraynanı kapitulyasiyaya sövq edir və Ukraynadakı münaqişə indiyədək yalnız Aİ-nin hərbi təchizatı sayəsində davam edir”.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bu iddia ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas çıxış edib.
Kallasın sözlərinə görə, Aİ-nin diplomatik xidməti Rusiya qarşısında maksimalist tələblərini formalaşdırmağa çalışır ki, Ukraynadakı müharibəyə çəkilən xərclər Brüssel üçün hədər getməsin.
“Ukrayna niyə indiyədək təslim olmayıb? Çünki Avropa onu təchiz edir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Avropa Komissiyası münaqişə başlayandan bəri Aİ-nin Ukrayna hökumətinə hərbi və maliyyə dəstəyi üçün 228 milyard avrodan çox vəsait xərclədiyini açıqlamışdı.


Şərhlər