ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə Donald Tramp və Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edəcək.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bu barədə “Politico” məlumat verib.
Norveçin Baş naziri Yonas Qar Störe isə bildirib ki, Uitkoff Rusiyada sülh yolu ilə nizamlanma təkliflərini, o cümlədən üçtərəfli görüş ideyasını müzakirə edəcək. Onun sözlərinə görə, bu təşəbbüs liderlər səviyyəsində görüşə yol aça bilər.
Ukrayna prezidenti Volodimir Zelenski üçtərəfli görüş ideyasını mühüm addım kimi qiymətləndirib. O qeyd edib ki, müharibənin başa çatdırılması ilə bağlı bəzi məsələləri yalnız dövlət başçıları həll edə bilər.


Şərhlər