Menu

Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq

21.10.2026, 08:05
Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq

Bu gün Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə Qətərin paytaxtı Dohada anlaşma memorandumu imzalanacaq.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə həyata keçirilən təşəbbüs birgə istehsal, texnologiya transferi, elmi-tədqiqat işləri və təchizat zəncirlərinin inteqrasiyasını nəzərdə tutur.

Dörd ölkə arasında mövcud layihələr əsasında qurulacaq əməkdaşlıq çərçivəsində Türkiyənin Pakistanla hərbi gəmi, İndoneziya ilə isə “KAPLAN MT” orta sinif tankının hazırlanması sahəsində təcrübəsindən istifadə edəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı 2023–2026-cı illərdə 30 milyard dolları ötüb. 2025-ci ildə isə ixrac əvvəlki illə müqayisədə 48 faiz artaraq 10 milyard dolları keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol