Menu

Sabah bu ərazilərdə qaz kəsiləcək

21.10.2026, 18:54
Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabah Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Belə ki, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-si saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol