Menu

Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq

22.10.2026, 10:00
Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının Ermənistanla dövlət sərhədini keçməsi barədə yayılan xəbərləri rəsmən təsdiqləyib.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Oktyabrın 19-da saat 17:50-də Ermənistan Respublikası ərazisində (Tavuş vilayətində) Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkar edilib. Aparılan araşdırmalar nəticəsində onun yolu azdığı məlum olub", - deyə qurumun yaydığı məlumatda qeyd olunub.

MTX-dən bildirilib ki, hazırda Azərbaycan vətəndaşının öz evinə qaytarılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol