Menu

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - RƏQƏMLƏR

22.10.2026, 14:30
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - RƏQƏMLƏR

2026-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 milyon 575.3 min nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 faiz azdır.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin statistik göstəricilərində yer alıb.

Bildirilib ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarının 44 faizi Türkiyəyə üz tutub. Türkiyəyə gedənlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.3 faiz artıb. Vətəndaşlarımızın 14.6 faizi Rusiyaya, 13 faizi Gürcüstana, 5.1 faizi İrana, 23.3 faizi isə digər ölkələrə səfər ediblər.

Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 2 faiz, İrana gedənlərin sayı 44.5 faiz azalıb. Gürcüstana səfər edənlərin sayı isə 17.6 faiz artıb. Digər ölkələrə gedənlərin sayında 2 faiz azalma qeydə alınıb.

Xaricə gedən Azərbaycan vətəndaşlarının 64.1 faizini kişilər, 35.9 faizini qadınlar təşkil edib.

Səfərlərin 70.4 faizi hava nəqliyyatı, 27.6 faizi dəmir yolu və avtomobil nəqliyyatı, 2 faizi isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol