Menu

Azərbaycan bu ölkəyə hamıdan çox araq satıb - Hətta Rusiyadan da

22.10.2026, 16:00
Azərbaycan bu ölkəyə hamıdan çox araq satıb - Hətta Rusiyadan da

Bu ilin yanvar-sentyabr ayları arasında Azərbaycan Gürcüstana ən çox araq satan ölkə olub.

“AzPolitika” xəbər verir ki, Gürcüstan gömrük xidmətinin məlumatına görə, Azərbaycanın bu ölkəyə satdığı arağın ümumi dəyəri 1,8 milyon dollar təşkil edib və bu göstərici üzrə ölkəmiz birinci olub.

Ehtimal etmək olar ki, Azərbaycan zavodlarının istehsal etdiyi bu içkinin əsas alıcıları Gürcüstandakı həmvətənlərimizdir…

Azərbaycandan sonra Gürcüstanın ikinci ən çox araq aldığı ölkə Rusiyadır. Yuxarıda qeyd edilən dövr ərzində Rusiya Gürcüstana rekord həddə - 1,6 milyon dollarlıq(əvvəlki illə müqayisədə 4,4 dəfə çox) araq satmaqla ikinci yerdədir. Rusiya tədarüklərinin əvvəlki pik həddi 2024-cü ildə 441.600 dollar olub. Siyahıda sonrakı yerləri isə Qırğızıstan, Ermənistan və ABŞ tutur.

Qeyd edək ki, Gürcüstan özü spirtli içkilər, xüsusilə də çaxır ixracı ilə məşhurdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol