Menu

Evində silahdan açılan atəşdən öldü

22.10.2026, 16:11
Evində silahdan açılan atəşdən öldü

Tovuz rayonunun Aşağı Quşçu kəndində bədbəxt hadisə baş verib.

“AzPolitika” xəbər verir ki, 1970-ci il təvəllüdlü Elman Hüseynov silahdan açılan atəş nəticəsində ölüb.

Onun meyiti yaşadığı evdə aşkarlanıb. Mərhumun cansız bədənini yaxınları tapıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol