Menu

Yaponiya hava limanında olay – Ukraynanın təyyarəsində yanğın baş verib

23.10.2026, 13:25
Yaponiya hava limanında olay – Ukraynanın təyyarəsində yanğın baş verib

NHK telekanalının məlumatına görə, Yaponiyanın Tyubu hava limanında eniş edən zaman Ukraynanın "Antonov Airlikeps" şirkətinə məxsus "An-124 Ruslan" yük təyyarəsində yanğın baş verib.

Hadisə oktyabrın 22-si axşam saatlarında qeydə alınıb. Təyyarənin quyruq hissəsində (arxa hissəsində) alov parıltısı müşahidə olunub, lakin yanğın operativ şəkildə söndürülüb.Yanğın səbəbindən hava limanının uçuş-enmə zolağı cəmi 15 dəqiqəliyinə bağlanıb. Yanğının başvermə səbəbi hələ ki məlum deyil. Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi insidentin səbəblərini araşdırmaq üçün təhqiqat başladıb.

Bu fakt həmin təyyarələrin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir, çünki xatırladaq ki, cari ilin avqust ayının əvvəlində məhz Leypsiq hava limanında Ukraynaya məxsus "An-124" təyyarəsinin birbaşa yaxınlığında partlayıcı maddə ilə təchiz olunmuş PUA aşkar edilmişdi. 

Qərb kəşfiyyatı və Almaniya rəsmiləri həmin təxribat cəhdinin arxasında Rusiyanın hərbi kəşfiyyatının (GRU) dayandığını açıqlamışdılar, Moskva isə ittihamları qəti şəkildə rədd etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol