Menu

DÖVLƏT BAĞÇALI AZƏRBAYCAN SƏFİRİNİ QƏBUL ETDİ - Nədən danışıldığı AÇIQLANDI + VİDEO (Yenilənib)

23.10.2026, 22:07
DÖVLƏT BAĞÇALI AZƏRBAYCAN SƏFİRİNİ QƏBUL ETDİ - Nədən danışıldığı AÇIQLANDI + VİDEO (Yenilənib)

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.

"AzPolitika" xəbər verir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişafa davam edəcəyinə inandığını bildirib.

Bu barədə isə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun Dövlət Bağçalı ilə görüşünə dair səfirliyin "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində sərgilədiyi prinsipial mövqeyə və verdiyi dəstəyə görə təşəkkürü Dövlət Bağçalıya çatdırılıb.

Görüşdə MHP sədrinin türk dünyasının birlik və bərabərliyinin gücləndirilməsinə yönəlmiş səylərinin Azərbaycanda böyük rəğbətlə qarşılandığını vurğulanıb.

"Dövlət Bağçalı Prezident İlham Əliyevin göstərdiyi yaxın diqqətə və təşəkkürlərinə görə minnətdarlığını ifadə edərək ona səmimi salamlarının çatdırılmasını xahiş etdi və hər zaman Azərbaycanın yanında olduğunu vurğuladı. Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını, ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf etməyə davam edəcəyinə inamını bildirdi", - paylaşımda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol