Menu

AZƏRBAYCANDA DEMOQRAFİK TƏHLÜKƏ - Uşaqların sayı 10 ildə 70 min azalıb + VİDEO

25.10.2026, 16:14
AZƏRBAYCANDA DEMOQRAFİK TƏHLÜKƏ - Uşaqların sayı 10 ildə 70 min azalıb + VİDEO

2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub.

Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var.

Mama-ginekoloq Mahirə İsmayılova deyir ki, doğuş sayı illərdə kəskin azalma tendensiyası ilə müşahidə edilir. Əsas səbəblərdən biri qadınların 30 yaşdan sonra ana olmaq istəyidir.

Mahirə İsmayılovanın sözlərinə görə, 2025-ci ildə dünyaya gələn 96 minə yaxın uşağın cəmi 46 mini qızlardır. Böyük pay, yəni 50 min oğlan uşaqlarının payına düşür.

Odur ki, qarşıdakı illərdə dünyaya uşaq gətirəcək qadınların sayında da ciddi azalma müşahidə olunacaq.

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev isə deyir ki, insanlar bu nümunəni Avropa ölkələrindən götürürlər. Bundan başqa boşanmaların artan dinamikası da uşaq sayına ciddi təsir göstərir. Sosioloqun sözlərinə görə, bunun ciddi nəticələri ola bilər.

Mütəxəssislər hesab edirlər ki, doğum sayındakı bu azalma davam edərsə, qarşıdakı illərdə demoqrafik yük daha da artacaq. Bu isə həm əhalinin yaş strukturuna, həm də təhsil və əmək bazarına ciddi təsir göstərə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol