Menu

Ukrayna PUA-ları Voroneji vurdu – Qatara zərbə endirilib

26.10.2026, 11:03
Ukrayna PUA-ları Voroneji vurdu – Qatara zərbə endirilib

Ötən gecə və bu səhər Ukrayna PUA-larının Voronejə həyata keçirdiyi kütləvi hücum nəticəsində 2 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin məlumatına görə, yaralıların əksəriyyəti şəhərətrafı ərazidə olan zaman dron qəlpələrinin dəydiyi qatarın sərnişinləridir. Hücum nəticəsində sənaye və mülki obyektlərdə çoxsaylı yanğınlar baş verib.

Yerli hakimiyyət orqanları Voronej vilayəti üzərində ümumilikdə 113 PUA-nın vurulduğunu açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol