Ukrayna və ABŞ Prezidenti Donald Tramp müharibənin sona çatması zərurəti ilə bağlı eyni mövqedədirlər. Lakin iki tərəf bu məqsədə çatmaq üçün fərqli yollar görür.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski "The Sun" qəzetinə verdiyi müsahibədə deyib.
"Putin həm dünyagörüşü, həm də mentaliteti baxımından dərin sovet insanıdır. Bunu bilirik, çünki mənim nəslim Sovet İttifaqında anadan olub. Biz illərdir ruslarla qonşuyuq. Buna görə də düşünürəm ki, biz rusları ABŞ-dən daha yaxşı başa düşürük", - deyə Zelenski bildirib.
O deyib ki, ABŞ qlobal təhlükəsizlik problemlərini nəzərə alaraq Rusiya ilə bir sıra məsələləri müzakirə edə bilər.
“Amma biz həm Putinin, həm də Rusiya xalqının, hərbçilərinin və mülki şəxslərin mentalitetini başa düşürük. Əgər onlar gedib ukraynalıları öldürməsələr, onlar cəzalandırılacaq… Buna görə də Prezident Tramp bəzi məsələlərdə bizi dəstəklədi, digər məsələlərdə isə fərqli baxışlarımız var”, - deyə Zelenski əlavə edib.
O bundan əvvəl ABŞ-nin Rusiyadan dizel yanacağı almağa başlamaq qərarını “iqtisadi nikah” adlandırıb və Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları ləğv etmək üçün əlavə addımlar ata biləcəyini vurğulayıb. Xüsusilə, bu, gübrələr, qaz, dondurulmuş aktivlər və müəyyən Rusiya rəsmiləri ilə bağlı ola bilər.
Zelenski eləcə də bildirib ki, Rusiya müharibə bitdikdən sonra özünə uyğun təhlükəsizlik zəmanətləri almaq istəyir. Onun sözlərinə görə, bunlar təkcə Ukraynanın Rusiyaya zərbə vurmaq qabiliyyətinə deyil, həm də Avropada və qlobal miqyasda təhlükəsizlik mənzərəsinin dəyişdirilməsi kimi daha qlobal məsələlərə aiddir.
“AzPolitika.info”


Şərhlər