Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinə 140 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib.
"AzPolitika"nın ADB-yə istinadən yaydığı məlumata görə, kredit vəsaiti hər biri 70 milyon dollar olmaqla iki tranşla təqdim ediləcək. Layihənin ümumi dəyəri 407 milyon dollar həcmində qiymətləndirilir.
Layihə çərçivəsində əks-osmos texnologiyası əsasında fəaliyyət göstərəcək duzsuzlaşdırma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti nəzərdə tutulur. Zavodun layihə gücü gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə bu göstəricinin gündəlik 330 min kubmetrə qədər artırılması mümkün olacaq.
Təşəbbüs 25 illik dövlət-özəl tərəfdaşlığı müqaviləsi əsasında reallaşdırılır. İstehsal edilən bütün duzsuzlaşdırılmış su dövlət operatoru olan "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə yönəldiləcək. Azərbaycanın su sektorunda bu sahədə ilk genişmiqyaslı müəssisə və ilk dövlət-özəl tərəfdaşlığı layihəsi olan bu zavodun əsas məqsədi Bakı və Abşeron yarımadasındakı yaşayış binalarının, eləcə də kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini yüksəltməkdir.
Sözügedən layihə ADB-nin Azərbaycanla 2025–2029-cu illər üzrə Tərəfdaşlıq Strategiyası (CPS) çərçivəsində həyata keçirilir. Strategiyanın əsas prioritetlərindən biri ekoloji cəhətdən dayanıqlı və "təmiz infrastruktur"un formalaşdırılmasıdır.
Qeyd edək ki, daha əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) da bu zavodun tikintisi üçün 45 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Layihənin icraçısı (inkişaf etdiricisi) Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, baş podratçısı isə Çinin "PowerChina" qrupuna daxil olan HDEC ("Huadong Engineering Corporation") şirkətidir. HDEC-nin subpodratçısı qismində çıxış edən İspaniyanın "Savener" mühəndislik şirkəti artıq mühəndis-layihələndirmə işlərinə başlay


Şərhlər