Menu

Sabah Cəlilabadın bu ərazilərində qaz olmayacaq

24.11.2026, 20:20
Sabah Cəlilabadın bu ərazilərində qaz olmayacaq

Sabah Cəlilabad şəhərinin 22 küçəsində qaz olmayacaq.

"AzPolitika" xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 25 noyabr saat 14:00-dan etibarən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 1500 abonentin (H.Əliyev prospekti, Z.Əliyeva, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, M.Ə.Sabir, Babək, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Ə.Abdullayev, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov və S.Vurğun küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol